Prodüser Tarix Əliyev (Tolik) İstanbul gəzintisi zamanı Türkiyənin ATV telekanalında yayımlanan "Altı Üstü İstanbul" serialının çəkiliş ünvanlarına yollanıb.
Milli.Az xəbər verir ki, serialın ekran qarşısında gördüyü məkanlarını yaxından tanımaq istəyən Tolik həmin küçələri gəzərək xatirə fotoları çəkdirib. Prodüserin xüsusi maraq göstərdiyi ünvanlardan biri də ekran işində tez-tez görünən Ziyankar məhəlləsi olub.
O, səfərdən çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək təəssüratlarını belə ifadə edib:
"Nəhayət, Ziyankar məhəlləsindəyəm! 'Altı Üstü İstanbul' serialında gördüyüm bu küçələrdə gəzdım, şəkillər çəkdirdim. Serialda izlədiyim yerləri canlı görmək tamam başqa hiss imiş".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)




















