Rusiyalı aktyor Marat Başarov dördüncü dəfə evlənməyə hazırlaşır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor sevgilisi Asya Borisovaya evlilik təklifi edib. Marat ona qiymətli daşlarla bəzədilmiş iç-içə ürəklər şəklində üzük verib.
Qeyd edək ki, Marat üç dəfə evli olub. Onun ikinci və üçüncü həyat yoldaşları Yekaterina Arxarova və Elizaveta Şevırkova dəfələrlə aktyor tərəfindən döyüldüyünü bildiriblər. Həmin vaxtlar hər ikisinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi məlumdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun