Tanınmış rus bloger İslamı qəbul etdi

Tanınmış rus bloger İslamı qəbul etdi
Tanınmış rus bloger İslamı qəbul etdi

"Dom 2" realiti-şousunun keçmiş iştirakçısı, bloger İrina Pinçuk İslam dinini qəbul etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, aktrisa bildirib ki, iş adamı Salambek Martazanovla evləndikdən sonra İslamı qəbul etmək qərarına gəlib. Onun sözlərinə görə, bu addım tamamilə şəxsi seçimi olub və həyat yoldaşı ona heç bir təzyiq göstərməyib:

"İslamı öyrəndikcə, Quran oxuduqca bu dinin mənə nə qədər yaxın olduğunu daha yaxşı anladım".

Qeyd edək ki, İrina avqustda Salambeklə dini nikah bağlayıb, oktyabrda isə münasibətlərini rəsmiləşdirib. Bu, onun ikinci evliliyidir. Onun ilk nikahından iki oğlu var. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az