Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)

Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)

43 yaşlı rus reper Timati avtomobil kolleksiyasını daha bir eksklüziv modellə zənginləşdirib.

Milli.Az xəbər verir ki, o, 500 milyon rubl dəyərində Bugatti W16 Mistral alışı ilə gündəmə gəldikdən sonra bu dəfə 1,5 milyard rubl (31 milyon manat) dəyərində olduğu ehtimal edilən Ferrari F50 modelini əldə edib. Reper yeni avtomobili aldığını sosial şəbəkə hesabında özü açıqlayıb.

Timati paylaşımında 30 yaşlı avtomobilin tarixi və kolleksiya dəyəri barədə danışıb. Onun sözlərinə görə, Ferrari F50 modeli əvvəlki F40 və sonrakı Enzo modelləri ilə müqayisədə uzun müddət kolleksiyaçılar tərəfindən yetərincə qiymətləndirilməyib. (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
Mənbə: news.milli.az