Rusiya şou-biznesinin superulduzu Ani Lorak ispan sevgilisi İsaak Vidjraku ilə Bakıya gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi azərbaycanlı jurnalistlərə açıqlamasında bunları deyib: "Azərbaycanın paytaxtını birlikdə gəzməyə hələ vaxtımız olmayıb, amma İçərişəhərdə mütləq gəzintiyə çıxacağıq".
Qeyd edək ki, 47 yaşlı İ.Vidjraku yoqa məşqçisidir. Əvvəlki nikahlarından iki övladı var. Aninin isə keçmiş həyat yoldaşı, türkiyəli iş adamı Murat Nalçacıoğludan Sofiya adlı qızı var.
Ani ilə İsaak Yunanıstanda tanış olub. Onların münasibətdə olmaları haqda xəbərlər 2023-cü ilin fevralında yayılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun