“Evdə Tək”in davamı çəkilir!

“Evdə Tək”in davamı çəkilir!
“Evdə Tək”in davamı çəkilir!

Məşhur “Evdə tək” (“Home Alone”) filminin yeni davamının çəkilməsi gündəmdədir.

OLAY yazır ki, aktyor Makoley Kalkin kult komediyanın davamında “Kevin MakKallister” obrazını yenidən canlandıra bilər. Layihə hazırda ilkin hazırlıq mərhələsindədir.

Məlumata əsasən, filmin ssenarisi üzərində Set Rogen və Evan Qoldberq çalışır. Onlar eyni zamanda layihənin prodüserliyini də üzərlərinə götürüblər. Makoley Kalkin də filmin yaradıcı heyəti ilə əməkdaşlıq edir və hekayənin davamı üçün öz ideyasını irəli sürüb.

Aktyor hələ yay aylarında “Disney Motion Pictures” şirkətinin rəhbəri Devid Qrinbaumla bu ideyanı müzakirə edib. Onun təklifinə əsasən, yeni filmdə hadisələr artıq böyümüş və özü ata olmuş Kevinin nöqteyi-nəzərindən təqdim ediləcək. Beləliklə, tamaşaçılar tanış hekayəyə fərqli prizmadan baxmaq imkanı əldə edəcəklər.

İlk iki filmin rejissoru Kris Kolambusun yeni layihədə iştirak edib-etməyəcəyi isə hələ məlum deyil. Disney nümayəndələri də davam filminin hazırlanması ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər.

“Evdə Tək”in davamı çəkilir!
“Evdə Tək”in davamı çəkilir!
Mənbə: olay.az