“Rockstar Games” tərəfindən hazırlanan “Grand Theft Auto VI” satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib.
OLAY yazır ki, “Take-Two Interactive” şirkətinin açıqlamasına görə, oyun əyləncə sənayesində yeni rekordlara imza atıb.
Bildirilib ki, “GTA VI” satışa çıxmazdan əvvəl 32,5 milyon nüsxə satılıb. Oyun “Metacritic” platformasında isə 99 bal toplayaraq tənqidçilərin yüksək qiymətini qazanıb.

Mənbə:
olay.az
















