Xalq artisti Faiq Ağayev Xalq artisti Zülfiyyə Xanbabayeva ilə barışdıqdan sonra ilk dəfə görüntülənməsindən danışıb.
OLAY-ın məlumatına görə, bununla bağlı sənətçi “DreamFest”də jurnalistlərin suallarını cavablandırarkən söz açıb.
Ağayev deyib ki, həmkarı ilə aralarında olan məsələni bir ildir həll ediblər:
“Biz məsələni bir ildir həll etmişik. Mən Zülfiyyənin oxumağını 1988-dən sevirəm, o, mənim oxumağımı 1988-dən sevir. Yəqin ki, bu, müvəqqəti fasilə idi. Ki biz bir-birimizə daha bərk sarılaq və məhəbbətimizi bildirək”.
Qeyd edək ki, F. Ağayev öz çıxışından bir gün öncə “DreamFest”də olmuş və Xanbabayeva ilə bir araya gəlmişdi.