Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib.
Milli.Az xəbər verir ki, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı" müzakirə olunub.
Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun