Paparatsiyalar Bruklin Bekhem və həyat yoldaşı Nikola Peltsi Beverli-Hillzdə gəzinti zamanı lentə alıblar.
OLAY yazır ki, cütlük fotoqraflara əhəmiyyət vermədən söhbət edib, gülərək xoş vaxt keçirib.
Nikola 2000-ci illərin dəbindən ilhamlanan obraz seçib. O, alçaqbel cins şalvar, boz svitşot və dəri gödəkçə geyinib. Görünüşünü platformalı botinkalar və iri aviator eynəklərlə tamamlayıb.
Bruklin isə qara uzunqol köynək, rahat kəsimli çino şalvar və “Dr. Martens” ayaqqabılarına üstünlük verib.


Mənbə:
olay.az

















