Xalq artisti Zülfiyyə Xanbabayeva maraqlı açıqlamalar verib.
OLAY yazır ki, sənətçi Araz FM-in “Kəşfet” layihəsində qara rəngə olan sevgisindən danışıb:
“Hərdən mənə deyirlər ki, bu qara rəng nədir axı? Modelyer Koko Şanelin də dediyi kimi, qara rəng heç vaxt çox olmur. Mənə elə gəlir ki, bütün rəngləri qara şölə ilə özündən uzaqlaşdırır. Bu, əsalət, özünəəminlik rəngidir. Burada uduzmaq söhbəti yoxdur. Bəlkə də, bununla özümü sığortalayıram. Deyirlər ki, formasını, köklüyünü gizlətmək üçün qara rəng geyinir. Yox, arıqladım, yenə də qara rəng geyinirəm. Özümə çəhrayı paltar almışam, dolabdan o mənə baxır, mən də ona. Yəqin ki, nə vaxtsa, qarderobdan çıxacaq”.
Mənbə:
olay.az
















