30 yaşlı amerikalı model və Castin Biberin həyat yoldaşı Heyli Biber “Vogue France” jurnalının yeni buraxılışının əsas siması olub.
OLAY yazır ki, Paris Moda Həftəsi zamanı paytaxtın malikanələrindən birində baş tutan fotosessiyanı məşhur fotoqraf Mert Alas çəkib.
Jurnalın üz qabığı ilə yanaşı, Heyli buraxılışın daxili səhifələri üçün də kamera qarşısına keçib. Model fotolardan birində çılpaq poz verərək diqqət çəkib.






Mənbə:
olay.az
















