Türk musiqi dünyasının sevilən simalarından Derya Uluğ və Asil Gök uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdiriblər.
OLAY yazır ki, təxminən 10 ildir birlikdə olan cütlük noyabrın 25-də İstanbulda keçirilən nikah mərasimi ilə həyatlarını birləşdirib.
Ailə üzvlərinin, yaxın dostlarının və incəsənət dünyasından çoxsaylı tanınmış şəxslərin iştirak etdiyi mərasimdən ilk görüntülər sosial şəbəkələrdə paylaşılıb.



Mənbə:
olay.az

















