Tanınmış aktyor Burak Sergen həyat yoldaşı Gizem Sergenlə birlikdə Özcan Dənizin ssenari müəllifi və rejissoru olduğu "Son Yemek" filminin qala mərasimində iştirak edib.
Milli.Az xəbər verir ki, 2024-cü ildə nikah bağlayan cütlük uzun müddətdən sonra ilk dəfə birgə kameraların obyektivinə tuş gəlib. Aralarında 26 yaş fərq olan ər-arvadın tədbirdəki görüntüləri diqqət çəkib.
Xatırladaq ki, bu evlilik Burak Sergenin dördüncü nikahıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















