Əfsanəvi boksçu Türkiyə serialında - (Video)

Əfsanəvi boksçu Türkiyə serialında - (Video)
Əfsanəvi boksçu Türkiyə serialında - (Video)

Dünyaca məşhur boksçu Mayk Tayson Türkiyənin "Tuzlu kahve" serialında rol alıb.

Milli.Az xəbər verir ki, əfsanəvi idmançının yer aldığı səhnələr serialın gələn həftə yayımlanacaq 13-cü bölümünün anonsunda nümayiş olunub.

Tayson ekran işində Mehmet obrazının Amerikadan gələn dostunu canlandırıb. O, Aydınoğulları ailəsinin səhər yeməyində qonaq olub.

Qeyd edək ki, serialda Nebahat Çehre, Binnur Kaya, Şevval Sam və Eda Ece kimi tanınmış aktyorlar da rol alır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə: news.milli.az