“Bir-birimizə bərk sarılaq və məhəbbətimizi bildirək””

“Bir-birimizə bərk sarılaq və məhəbbətimizi bildirək””

Xalq artisti Faiq Ağayev Xalq artisti Zülfiyyə Xanbabayeva ilə barışdıqdan sonra ilk dəfə görüntülənməsindən danışıb.

Milli.Az olay-a istinadən bildirir ki, bununla bağlı sənətçi "DreamFest"də jurnalistlərin suallarını cavablandırarkən söz açıb.

Ağayev deyib ki, həmkarı ilə aralarında olan məsələni bir ildir həll ediblər:

"Biz məsələni bir ildir həll etmişik. Mən Zülfiyyənin oxumağını 1988-dən sevirəm, o, mənim oxumağımı 1988-dən sevir. Yəqin ki, bu, müvəqqəti fasilə idi. Ki biz bir-birimizə daha bərk sarılaq və məhəbbətimizi bildirək".

Qeyd edək ki, F. Ağayev öz çıxışından bir gün öncə "DreamFest"də olmuş və Xanbabayeva ilə bir araya gəlmişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun