"Bir dəfə onunla bir yerə getdik tamaşaçılar gəldi mənimlə şəkil çəkdirdi" - FOTO

"Bir dəfə onunla bir yerə getdik tamaşaçılar gəldi mənimlə şəkil çəkdirdi" - FOTO

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial media hesabında paylaşım edib.

  • Rafael İsgəndərovun vəfat edən atası ilə görüntüləri - FOTOlar
  • "Ciyərlərim çürüyüb, yuxuya həsrətəm" - Xalq artisti, "komsomol Cəlal" 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor verilişlərin mərhum sənətkarlarla bağlı hazırlanan buraxılışlarında qonaq olan bəzi sənətçiləri tənqid edib. O, qonaqların xatirələrində haqqında danışdıqları sənətçidən çox özlərini ön plana çəkmələrini birmənalı qarşılamayıb.

"Hansısa mərhum sənətkar haqqında veriliş hazırlayırlar, həyatda olan sənət yoldaşlarını qonaq çağırırlar ki, gəl, onunla bağlı xatirələrini bölüş. O da gəlir xatirələrini bölüşməyə. Başlayır ki, yadımdadır bir dəfə onunla bir tamaşada oynayırdıq, mən boyda ondan hündür olduğum üçün. Yaxud da bir dəfə onunla bir yerə getdik tamaşaçılar gəldi mənimlə şəkil çəkdirdi. Deməli, haqqında danışdığı sənətkar qalır bir tərəfdə, həmin xatirələrin baş qəhrəmanı özü olur. Niyə?" deyə, Cavidan yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun