Yapon rəssam Hajime Sorayama müğənni Beyonsu oğurluqda ittiham edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, rəssamın sözlərinə görə, Beyons onun illustrasiyaları əsasında futuristik kostyumlar yaradıb. Sənətçi müğənninin çıxışlarından bir neçə kadr dərc edib və onları öz əsərləri ilə müqayisə edib. Bənzər bir görüntüdə Beyons "My House" adlı sinqlının üz qabığında poza verib.
Rəssam bu barədə sosial şəbəkədə post paylaşıb:
"Hey Beyons. Siz mənə rəsmi müraciət etməli idiniz və sonra "The Weeknd" üçün etdiyim kimi, sizin üçün daha yaxşı bir şey edə bilərdim".
Qeyd edək ki, illüstrator daha öncə reper "The Weeknd" ilə birlikdə işləyib və onun "Echoes Of Silence" albomunun 10-cu ildönümünə həsr olunmuş təkrar buraxılışı üçün yeni örtük yaradıb.
Bununla belə, şərhlərdə rəssamın özü tənqid edilib, bəzi istifadəçilər onun öz dizaynlarının əsasən standart konseptual elmi fantastika əsərlərindən ilhamlandığını, Beyonsun da ondan ilhamlanmış ola biləcəyini qeyd ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun