“Mən həyata gəlməzdən əvvəl atam vəfat edib. Onun ölümündən 4 ay sonra doğulmuşam”.
OLAY yazır ki, bu sözləri “Sarıs1m” layihəsində müğənni Mehin Hümbətova deyib.
O, həyatı ilə bağlı bəzi məqamları açıqlayıb:
“Atam ailəsinin mənim qız, ya oğlan olmağımla bağlı məlumatları yox idi. Adım da atamın adına uyğun olaraq Mehin qoyulub. Mın 2009-cu ildə “Xalq ulduzu” müsabiqəsində iştirak edəndə ata tərəfdən qohumlarım hamısı ortalığa çıxdı. Dedilər ki, biz Mehini dəstəkləyirik, arxasındayıq. Amma 16 yaşındakı yeniyetmə qızım həyatında o vaxta qədər rol almayan qohum, ondan sonra nəyə lazımdır ki? Ona görə heç əlaqə saxlamaq istəmirəm də”.