Hülya Avşarın keçmiş əri qızından da kiçik yeni sevgilisi ilə görüntüləndi - FOTOlar

Hülya Avşarın keçmiş əri qızından da kiçik yeni sevgilisi ilə görüntüləndi - FOTOlar

Məşhur futbol şərhçisi və türkiyəli tanınmış sənətçi Hülya Avşarın keçmiş əri Kaya Çilingiroğlu yeni sevgilisi ilə görüntülənib.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az "Haber Global"a istinadən bildirir.

60 yaşlı Çilingiroğlu İstanbulun Rumelihisarı rayonunda balıqçı məkanından çıxarkən 22 yaşlı Nevide Çiçəklə dodaq-dodağa kameralara tuş gəlib və qızı Zehradan da kiçik olan gənc sevgilisinə öpüşlər yağdırıb.

"Deyəsən, balıq qadağası bitdi. Hamınız balıq tutmuş kimi görünürsünüz", - deyə qarşısında mətbuat nümayəndələrini görən Kaya Çilingiroğlu gülümsünüb.

"Xanım mənim sevgilimdir. Münasibətimiz çox yenidir", - deyə o, jurnalistlərin suallarını cavablandırıb.

Daha sonra cütlük avtomobilə minərək məkandan uzaqlaşıb.

Qeyd edək ki, 2005-ci ildə Hülya Avşardan, 2014-cü ildə isə Feraye Tanyolaçdan boşanan Kaya Çilingiroğlunun bu evliliklərindən 26 yaşlı Zehra adlı qızı və 18 yaşlı Hüseyn Kaya adlı bir oğlu var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun