Sosial mediada Rusiyanın estrada ulduzu Ani Lorakın sevgilisi, ispan əsilli yoqa mütəxəssisi İsaak Vijraku ilə münasibətlərini rəsmləşdirməsi ilə bağlı xəbərlər yayılıb.
Milli.Az olay-a istinadən bildirir ki, buna səbəb bir neçə həftə əvvəl Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalına 45 yaşlı Lorakın qızı və sevgilisi ilə gəlməsi olub.
Tədbirdə cütlüyün bir-birinə göstərdiyi səmimi davranışı və eşq dolu nəvazişi jurnalistlərin diqqətini çəkib.
Lorak yayılan iddialara qısa olaraq "Hələ yox" cavabını verib.
Xatırladaq ki, Ani İsaakla İbizada tanış olublar.
Qeyd edək ki, müğənni türkiyəli iş adamı Murat Nalçacıoğlundan Sofiya adlı qız övladını böyüdür. Ulduz əri ilə təxminən 10 il yaşasa da, evliliyi xilas etmək mümkün olmayıb. Boşanma sənədlərində cütlük ailənin dağılmasının səbəbinin barışmaz fikir ayrılıqları, eləcə də sevgi və inam hislərinin itməsi olduğunu qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun