Xalq artisti: “Buna görə xanımım mənimlə boşanmaq istəyirdi” - VİDEO

Xalq artisti: “Buna görə xanımım mənimlə boşanmaq istəyirdi” - VİDEO

"Səhərə kimi çəkiliş meydançası, çəkilişlər yadıma düşür... Allah rəhmət eləsin, dostlarım yadıma düşür. Çox təəssüflər olsun ki, Azərbaycan kinosu 1990-cı ildən çox zəifləyib və aşağı düşüb. Bu da ona görədir ki, əvvəlki kimi yaradıcı heyət yoxdur - bəstəkarlar, operatorlar, rejissorlar..." 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənov AzTV-də yayımlanan "Telesəhər" verilişinə müsahibəsində deyib. 

Sənətkar bildirib ki, pərəstişkarları onu yolda gördüyü zaman öpüb, qucaqladıqları üçün həyat yoldaşı ondan boşanmaq istəyib: 

"Küçədə gedəndə mənə Murad da, Calal da (filmlərdə oynadığı obrazları nəzərdə tutur - red.) deyirlər. Həyat yoldaşımla yolda gedirdim, gəlib məni öpüb, qucaqlayırdılar. Buna görə isə xanımım məndən boşanmaq istəyirdi. Gözümlə onlara işarə verirdim ki, yaxınlaşmayın. Amma onlar buna məhəl qoymurdular. Yenə də məni öpüb, qucaqlayırdılar". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun