Tünzalə Ağayeva sarıya büründü - Video

Tünzalə Ağayeva sarıya büründü - Video

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsi üçün tarixi məkan olan “Space_13” də çəkdirdiyi fotosessiyasının ikinci hissəsini təqdim edib.

OLAY yazır ki, pop ulduz yeni görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb. Ağayevanın geyimi tanınmış dizayner Lali Rüstəmovaya, stylingi isə Elnarə de Birbuetə məxsusdur. Yaradılan obraz və məhz bu ilin trendi sarı izləyiciyə günəşin rəngini, yayın əhvalını ötürür. 

Xalq artistinin fotolarını Azər Cəfər çəkib. Layihənin prodüseri isə Yalçın Cabbarovdur. 

Qeyd edək ki, “Space_13” zamanında İran əsilli neftçiyə məxsus olan, Şərq və Qərb sənətinin sintezini əks etdirən çiçək və həndəsi motivlər, filigran dekor və xarakterik dekorativ elementləri ehtiva edən tarixi “Mudejar” üslublu binadır. Sovet dövründə bina milliləşdirilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bina yenidən şəxsi mülkiyyətə çevrilib. Daha sonra isə “Nargis” Fondunun təsisçisi Ülviyyə Mahmud tərəfindən əksər memarlıq elementlərinin və binanın ümumi görünüşünün ilkin vəziyyətdə qorunması ilə şərti ilə bina bərpa edilib.