Bredli Kuper 6 yaşlı qızı ilə film qalasında

Bredli Kuper 6 yaşlı qızı ilə film qalasında

Bredli Kuper 6 yaşlı qızı Lini “Maestro” filminin nümayişinə gətirib.

Yeni filmdə rol alan və rejissorluq edən 48 yaşlı aktyor altı yaşlı qızı ilə birlikdə şəkil çəkdirərkən əl-ələ verib.

Nadir hallarda mətbuatda görünən Li Bredlinin İrina Şeykdən dünyaya gələn qızıdır. Onun da “Maestro” filmində kiçik rolu var. Balaca qızcığaz Maya Hoki obrazına həyat verib.

Əfsanəvi bəstəkar Leonard Bernşteyndən bəhs edən “Maestro” hazırda məhdud kinoteatrlarda nümayiş etdirilir və dekabrın 20-dən etibarən Netflix-də yayımlanacaq.