Tarkan reklama çəkilmək üçün milyonlar istəyir

Tarkan reklama çəkilmək üçün milyonlar istəyir

Türkiyəli məşhur müğənni Tarkanın reklam üçün istədiyi məbləğ gündəm olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı reklamvericilərdən kamera qarşısına keçmək üçün 60 milyon lirə (3 milyon 517 min 085 manat) istəyir.

Bu təklifin ardından markalar Tarkanla çalışma istəyindən imtina edib. 

Nəşrdən bildirilib ki, hazırda Türkiyədə "A" kateqoriyasına daxil olan məşhurların reklam qiyməti 15-20 milyon (879 minlə 1 milyon manat) lirədir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun