Müğənni Günel Zeynalova türkiyəli ifaçı Aleyna Tilki ilə bağlı paylaşım edərək, ona dəstək olub.
Milli.Az axşam.az xəbər verir ki, ifaçı sənətə yeni gəldiyi vaxtlarda Aleyna kimi onun da çıxışlarına mane olunmağa çalışılmasından bəhs edib:
"Sektor" dediyin sənətdir. Sənətini icra edənlər, musiqi savadına, özünə olan inama görə başqasının uğurunu alqışlayana bu sektorda olan deyilir. Amma təəssüf ki, hazırda sektor bu deyil. Sektordakı "dinozaurlar" deməliydin. Mən də kiçik yaşlarımda məşhur olmuş, böyük bacıların əngəlləri ilə qarşılaşmışdım. Aleyna, amma heç yıxılmadım. Onlara hər zaman hörmət göstərdim, həmişə siz böyüksünüz, "hə, hə" dedim. Çünki səsimə və sənətimə inandım. Sən də bacarıqlısan, Türkiyənin gənc pop ulduzusan. Yıxılma. "Əzmə" kampaniyasına aldanma, qulaqlarını bağla, eşitmə. Sənin uğurun hamımızın sevinci olmalıdır və dəstəkləməliyik. Sən irəliləməyə, parıldamağa, uşaqların sevgisini qazanmağa, gözəl mahnılar oxumağa davam et. Həmin bacılar püstə, fındıq atdıqlarını düşünsünlər" deyə, Günel paylaşımında yazıb.
Qeyd edək ki, müğənni Demet Akalın Aleynanın ünvanına "Türkiyədə onu alt geyimləri ilə səhnədə görmək istəmirik. Bir müddət əvvəl böyük səhnədə konserti olacaqdı, cəmi 60 bilet satılmışdı. Çox üzülmüşdüm" sözlərini deyib.
Aleyna isə videoaçıqlama yayaraq "Bəziləri işini mükəmməl edir, bəziləri isə... Duyğu dili ilə danışan insan yoxdur. Mənim ölməyimi istəmələri normaldır? Çünki bunu istəyirlər, yox olmağımı istəyirlər. Vaxtında təcavüzə məruz qaldığım səhnəyə çıxmağımı istəyirlər. Özümü ifadə edə biləcəyim səhnəyə çıxmağımı istəmirlər. Çünki təşkilatçılar onlardır. Tamaşaçı istəyir, amma... Çünki sektorda 20-30 ildir işlədikləri insanların sözlərindən çıxa bilmirlər. Mənim daha çox pul qazana biləcəyim səhnəyə çıxmağıma imkan vermirlər" sözlərini söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun