Bu gün Xalq artisti Elçin Əzizovun doğum günüdür.
OLAY yazır ki, bu münasibətlə sənətçinin həyat yoldaşı Həmidə Məlik sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.
49 yaşına qədəm qoyan ərini təbrik edən opera ifaçısının arvadı onunla birgə Mikonosda çəkilən görüntülərini yayımlayıb.
Həmidə sözügedən paylaşıma “Ad günün mübarək mənim sevgim Elçin Əzizov” şərhini yazaraq, Xalq artisti həyat yoldaşını təbrik edib.
Qeyd edək ki, Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir. Cütlüyün Cəmil adında oğulları var.