Bir neçə gün əvvəl xaricdən gələn kamança ifaçısı Mark Eliyahunun Bakıda konserti oldu. Bütün zal dolu idi, hamı əl çalırdı. Allaha and olsun ki, Milli Konservatoriyanın 3 və 4-cü kurs tələbələri ondan min dəfə yaxşı ifa edirlər".
Milli.Az bildirir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib. O, ölkəmizdə peşəkar musiqiçilərin olduğunu və insanlara onların konsertlərinə getməyi məsləhət görüb:
"Azərbaycanda gözəl kamança ifaçıları var, onları dinləyin. Mark onların heç 1 faizi deyil. Buna Allah şahiddir. Bir çox musiqiçilər də mənim sözlərimi təsdiq edərlər. Elnur Əhmədov, Elnur Mikayılov, Ağacəbrayıl Cəbrayılov, Elşən Mansurov kimi bir çoxları var. Mark onların heç bir barmağı ola bilməz. İnstaqram səhifəsinə də baxıram ki, bizim kamança ifaçılardan heç kimi izləmir. Sən belə böyük musiqiçisən? Vallah o bizim kamança çalanlardan çox zəifdir. Öz musiqiçilərimizə dəyər verin, onların konsertlərinə gedin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun