Türk aktyorlar İbrahim Çelikkol və Yasemin Allen illər sonra yenidən partnyor olub.
OLAY yazır ki, onlar “Ayrılık da sevdaya dahil” adlı serial üçün bir araya gələcək.
İbrahimin baş rol olduğu ekran işində Yasemin Neslihan obrazına həyat verəcək.
Qeyd edək ki, sənətçilər son olaraq “Merhamet” serialında iki sevgilini canlandırmışdı.