“Özümdə sevmədiyim o qədər xüsusiyyətlərim var ki...”
OLAY yazır ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında izləyicilərdən gələn sualları cavablayarkən yazıb.
Televiziya ulduzu kövrək, mükəmməlçi və təmizkar olduğunu bildirib:
“Kövrəyəm, haqlı olduğum halda sözümü deyə bilmirəm, ağlamaq tutur, gözüm dolur. Nifrət edirəm... Hamının köməyə, dərdinə qaçıram, mütləq bir yolla əl tuturam, amma mən meydanda həmişə təkəm. Çox mükəmməlçiyəm. Bəzən yoruluram, titizəm, restoranda qablara min dəfə baxıram. Özüm evdə çəngəllərin dişini tək-tək yuyuram”.
Qeyd edək ki, Vüsalə Əlizadə “Xəzər” televiziyasında “İncə səhər” verilişinin aparıcısıdır.