"Analarına, bacılarına görə biabır oldular, nəsilləri, qohumları..."

"Analarına, bacılarına görə biabır oldular, nəsilləri, qohumları..."

Prodüser-aparıcı Tarix Əliyev (Tolik( TikTok-da sevgilisi üçün ağlayan qızın videosunu yayımlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, qızın ünvanına tənqidlər yazaraq, bunu biabırçılıq adlandırıb:

"Bu çox üzücü bir mənzərədir. Bu gün demək olar ki, sosial şəbəkələr arasında TikTok platforması Azərbaycanda, xüsusilə bölgələrimizdə, Azərbaycan ailələrində, qızlarında və oğlanlarında olan bir çox biabırçılıqları üzə çıxardır. Nəsillər, qohumlar biabır oldular. Bəziləri bacılarına, bəziləri analarına görə biabır oldular; xəyanət gördülər, narkomaniyanın şahidi oldular. Bu, böyük bir rəzalətdir. Məncə, dövlətimiz bu TikTok platforması ilə bağlı ciddi tədbirlər görməlidir. Bu vəziyyət nə ilə nəticələnəcək? Heç bir sosial platformada belə biabırçılıqlar yoxdur. Öz şəkillərindən istifadə etməyib, başqa oğlanların şəkilləri ilə qızları aldadaraq Bakıya gətirib, onlardan istifadə edib sonra onları yarı yolda qoyanlar var. Bir sözlə, bütün bu biabırçılıqlar TikTok-dan qaynaqlanır".

Tolikin bu sözlərini həmin tiktoker reaksiya verib. O, canlı yayımda "Atasız qızam. Bir anam və bacım var, ailəni mən saxlayıram. Evimiz də təmirli deyil. Paylaşırsınız ki, biabırçılıqdır. TikTokun 80 faizi biabırçılıqdan ibarətdir. Hərə bir şeyi təbliğ edir. Gedin xəstələri paylaşın, yardım edilsin" sözlərini deyib.

Tolik isə qızın onun ünvanına söyüş söydüyünü və ondan şikayət edəcəyini bildirib.

Milli.Az