Dünya şöhrətli ispaniyalı aktyor Antonio Banderas həyat yoldaşı Melani Qriffitlə bərabər yeganə ortaq qızları Stella ilə bağlı diqqət çəkən paylaşım ediblər.
OLAY yazır ki, Antonio bildirib ki, qızı uşaqlıq dostu Aleks Qruşinski ilə ailə qurub.
Övladının xoş gününü sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Banderas cütlüyü bu sözlərklə təbrik edib:
“Qızım Stella del Karmen evlənir. Biz bundan daha xoşbəxt və həyəcanlı ola bilməzdik”
Şərhlərdə çoxu Aleksin Antonio Banderasa bənzədiyini qeyd edib. Stella Aleks ilə birgə bir neçə fotosunu yayımlayıb.
Aktyorun qızı şəkillərinə belə şərh verib:
“Mən həmişə yer üzündə sevimli insanımla əylənib, vaxt keçirəcəyəm!”
Bundan əlavə, Banderasın 27 yaşlı qızı bir neçə arxiv görüntülərini də nümayiş edib. Stella bildirib ki, Alekslə ibtidai məktəbdə dostluq ediblər.
Qeyd edək ki, Antonio Banderas və Melani Qriffit 1996-cı ildə evlənib və toydan 4 ay sonra onların Stella adlı qızları dünyaya gəlib. 2015-ci ildə Banderas və Qriffit ayrılıb. Stella model olmağa çalışıb, bir filmdə rol alıb və indi öz ətir markası üzəridə çalışır. Melani Qriffitin Antonio ilə münasibətindən əvvəl ilk evliliyindən dünyaya gətirdiyi daha bir qızı var - Dakota Conson, valideynlərinin yolunu gedərək aktrisa olub. Çoxları onu “Bozun 50 çaları” filmindəki baş rola görə tanıyır. Antonio Banderas onu övladlığa götürdü və qızı kimi böyüdü. Bu yaxınlarda məlum olub ki, Dakota Conson Coldplay qrupunun solisti Kris Martinlə evlənib. Düzdür, onların nişanı pozduqları barədə şayiələr yayılsa da, lakin Dakota bu dedi-qoduları təkzib edib.