Conu məşhur şouda jüri olmasından yazdı

Conu məşhur şouda jüri olmasından yazdı

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “Səs uşaqlar” yarışmasında münsif olmasından yazıb.

OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşım edib. 

“Gəncliyimdə həmişə “Səs” verilişinə baxırdım. Həm ustadlardan, həm də yeni istedadlardan ilham alırdım. Tələbəlik illərində universitetimizdə dostlarla “Səs”imizi keçirdik, onda ilk dəfə mentor kürsüsündə oldum. Yəni artıq bir az təcrübəm var. İndi isə uzun illərdən sonra məni “Səs uşaqlar” layihəsinə münsif olmağa dəvət etdilər.

Buna görə də, həmişə ilham aldığım bu əfsanəvi şounun bir hissəsi olan “Səs” adlı bu böyük ailənin üzvü olduğum üçün inanılmaz sevinc və xoşbəxtlik hiss edirəm. Gəncliyimdə mənə güvəndiyiniz üçün sizə təşəkkür etmək istəyirəm, bir gün bu kresloda oturacağımı ağlıma belə gətirməzdim. Düzünü desəm, tamaşa zamanı hadisələrin necə cərəyan edəcəyini, orada bizi nələrin gözlədiyini bilmirəm. Amma əminəm ki, bir şey var: musiqi olan yerdə hər şey səmimi və ürəkdən olur. Təbii ki, həmişə sevgi ilə. Buna görə həyəcanlıyam və enerji doluyam!”, - deyə, Coni bildirib.