Tim Bartonun rejissorluq etdiyi Amerikan fantastik komediya filmi “Beetlejuice”un davamının mətbuat turu sürətlə davam edir.
OLAY yazır ki, 252 milyondan çox izlənmə sayı ilə Emmi mükafatına layiq görülmüş “Wednesday” serialındakı uğurlu oyunu ilə səs gətirən Cenna Orteqa “Beetlejuice 2”nin aktyor heyətinə qoşulmuşdu.
Barton ilə “Wednesday” serialında əldə etdiyi uyğunluq Orteqaya Hollivudun yeni qotik kraliçası adını qazandırdı. Davam filmində qotik bir yeniyetmə qız olan Astrid Ditz obrazını canlandıran Orteqa mətbuat turu boyunca bir sıra zərif görünüşlərlə qarşımıza çıxır.
6 sentyabrda kinoteatrlara gələcək filmin premyerası Nyu-Yorkda keçirildi. Orteqa yeni filminin mövzusuna uyğun olaraq geyim seçimləri edərək “method dressing” axınına diqqət çəkir. 14 yaşından bəri birlikdə çalışdığı stilisti Enriki Melendez Orteqanın media turu üçün hazırladığı qarderobda əsasən qara və ağ rəngli zolaqlı görünüşlərə üstünlük verir.