Bu gün Əməkdar artist Aybəniz Haşımovanın ad günüdür.
OLAY yazır ki, sənətkarın bloger qızı Aynişan Quliyeva valideyininin fotosunu sosial şəbəkə hesabında paylaşaraq, anasının 56 yaşı münasibəti ilə təbrik edib.
“Əvəzsiz insanım, doğum günün mübarək. Sən çox yaşa və yarat. Sən yalnız ailən üçün deyil, bir çox insan üçün gözəl örnəksən. Tanımadığın minlərlə insanın qəlbində böyük sevgi qazanmış, gözəl insan”, - deyə A.Quliyeva yazıb.