Azərbaycanda fəxri adlara görə Prezident təqaüdü alanların ən son statistikası açıqlanıb.
OLAY yazır ki, modern.az-ın Dövlət Statistika Komitəsinən əldə etdiyi məlumata görə, 2024-cü il iyulun 1-i vəziyyətinə 397 420 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib.
Onlardan 4 813 nəfər fəxri adlara görə təqaüd alan şəxlərdir.
Fəxri adı olanlardan 253 nəfər “Xalq” fəxri adına görə, 4 560 nəfər isə “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.
"Xalq" fəxri adına görə ayda 200 manat, “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.
Hazırda Azərbaycan Respublikasında aşağıdakı fəxri adlar var:
Xalq yazıçısı;
Xalq şairi;
Xalq artisti;
Xalq rəssamı;
Əməkdar elm xadimi;
Əməkdar incəsənət xadimi;
Əməkdar artist;
Əməkdar rəssam;
Əməkdar mədəniyyət işçisi;
Əməkdar müəllim;
Əməkdar həkim;
Əməkdar memar;
Əməkdar dövlət qulluqçusu;
Əməkdar bədən tərbiyəsi və idman xadimi;
Əməkdar jurnalist;
Əməkdar mühəndis;
Əməkdar hüquqşünas;
Əməkdar kənd təsərrüfatı işçisi;
Əməkdar pilot;
Əməkdar tibb işçisi.