Əməkdar artist Xumar Qədimovanın "Ayrıldıq" adlı mahnısı izlənmə rekordu qırıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mahnı yutubda 50 milyondan çox izlənib.
Buna görə izləyicilərinə təşəkkür edən Qədimova "Sevənlərim, sizə yaradıcılığıma, sənətimə və mənə dəyər verdiyiniz üçün təşəkkür edirəm" deyə bildirib.
Fərqli ifa tərzi ilə sevilən Xumar yaxın günlərdə yeni mahnısını da təqdim edəcəyinin anonsunu verib.
Qeyd edək ki, Qədimovanın bir il əvvəl oxuduğu "Ayrıldıq" mahnısının musiqisi ifaçının özünə, sözləri Molla Pənah Vaqifə məxsusdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun