"Na-na" qrupunun solisti Vladimir Politov Kalmıkidəki konsertdən sonra hərəkəti ilə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 53 yaşlı sənətçi pərəstişkarlarının tamaşanı sosial şəbəkələrdə yayımlamaq istəyini bəyənməyib.
Qrupun "Ağ yol" adlı konserti zamanı məşhur "Faina"nı dinləməyə gələn pərəstişkarlar sosial şəbəkədə canlı yayım açıblar. İfa zamanı Politov əvvəlcə ştativlə uzanan telefonun üzünü tamaşaçılara tərəf çevirib. Telefon yenidən səhnəyə çevrildikdən sonra "Na-Na" qrupunun müğənnisi onu götürərək yerə çırpıb.
Azarkeşlər yayımı dayandıraraq tədbiri tərk ediblər. Onlar qeyd ediblər ki, sınan telefona görə heç kim üzr istəməyib, təzminat təklif etməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun