“Brilyant əl”in aktrisası sağalmaz xəstəlikdən əziyyət çəkir

“Brilyant əl”in aktrisası sağalmaz xəstəlikdən əziyyət çəkir

Rusiyanın Əməkdar artisti, aktrisa Svetlana Svetliçnaya sağalmaz xəstəlikdən əziyyət çəkir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 84 yaşlı aktrisa orta ağır vəziyyətdədir və baş, qulaq və boğaz ağrılarından daim şikayət edir.

Bildirilir ki, S. Svetliçnaya köməksiz hərəkət edə bilmir və günün çox hissəsini yataqda uzanıqlı vəziyyətdə keçirir.

Məlumata görə, aktrisaya simptomatik terapiya ediləcək.

Qeyd edək ki, aktrisa Azərbaycan tamaşaçılarına "Brilyant əl" filmindən tanışdır. O, ekran işində "Anna Sergeyevna" obrazını canlandırıb. Filmin çəkilişləri İçərişəhərdə də aparılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun