Təcavüzə məruz qaldığını açıqladı

Təcavüzə məruz qaldığını açıqladı

Amerikalı aktrisa Vaynona Rayder Hollivud prodüseri Harvi Vaynşteyn tərəfindən təcavüzə məruz qaldığını etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa "Esquire" jurnalına müsahibəsində danışıb.

O, 20 və 30 yaşlarında bununla üzləşdiyini bildirib:

"Bu hücum deyildi. Amma inanılmaz dərəcədə yersiz və vəhşi idi. Vaynşteyn və başqalarının qurbanlarının nə yaşadıqlarını həqiqətən başa düşürəm. Mənim bəxtim gətirdi, çünki məşhur idim, ona görə də arzulanan aktrisa kimi tez-tez baş vermirdi".

Qeyd edək ki, prodüser hazırda həbsdədir. Onun ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun