Türkiyəyə Paris 2024 Paralimpiya Oyunlarında ateltika üzrə qızıl medal qazandıran Serkan Yıldırımla bağlı maraqlı detallar üzə çıxıb.
OLAY yazır ki, yarışacağı ilə bağlı qərar son 12 saatda çıxan Serkanın əslən Cənubi azərbaycanlı olduğu bildirilib.
Qeyd olunub ki, buna görə İran Serkanın Türkiyəni təmsil etməməsi üçün diplomatik yollara əl atıb. Lakin qardaş ölkə bu maneələrin qarşısını kəsib.
Görmə qabiliyyəti olmayan Serkan olimpiya kəndində qala bilməyib. O, bu çətinliklərə baxmayaraq 100 metrdə T12 kateqoriyasında qızıl medalın sahibi olub.