İnfluenser Həmidə Səlimovanın (Hemistyle) instaqram hesabı silinib.
OLAY-ın məlumatına görə, buna səbəb blogerin təsdiqlənmiş hesabında soyadını dəyişdirmək istəməsi olub.
Keçmiş evliliyindən qalan “Hacıyeva”nı silib, öz soyadı olan “Səlimova”nı yazdığı üçün İnstaqram Həmidənin hesabını bağlayıb.
Qeyd edək ki, influenserin 500 mindən çox izləyicisi var idi.