İlahədən atmaca: “Şəbnəmin sənəti var? Mən görməmişəm”

İlahədən atmaca: “Şəbnəmin sənəti var? Mən görməmişəm”

"Xalq ulduzu" yarışmasından sonra sənət almində tanınan, heç zaman qalmaqallarda adı hallanmayan xanəndə İlahə İbadova həmkarlarını qəzəbləndirəcək açıqlamalar edib.

Milli.Az azxeber-ə istinadla bildirir ki, o, "Rəngarəng səhər" verilişində Şəbnəm Tovuzlu, Vəfa Şərifova və Nəfəslə bağlı şəxsi fikirlərini səsləndirib:

"Nə Şəbnəmi, nə Nəfəsi nə də Vəfa Şərifovanı tanımıram. Sadəcə ad olaraq bilirəm ki, belə müğənnilər var. Mahnılarını dinləmirəm. Sənətlərini də sevmirəm. Çünki məlumatım yoxdur. Deyirsiz Şəbnəmin sənəti var. Mən görməmişəm axı. Elə şeylər oxuyur ki, mən onu dinləyə bilmirəm, sevmirəm. Sözlərimə görə heç kimin inciməyə haqqı yoxdur. Kimsə də məni sevməyə bilər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun