Show TV-nin MF Yapım imzalı “Bahar” serialının yeni mövsüm aktyor heyətinə Büşra Pekin də daxil olub.
OLAY yazır ki, aktrisa serialda baş həkim Süreyya Biçer obrazını canlandıracaq. Rejissorluğunu Neslihan Yeşilyurtun etdiyi serialda həmçinin Doğa Can Sarıkaya yetimxanadan Evrenin dostu olan Yusufun oğlu Cemi, Elçin Afacan xəstəxananın yeni həkimi Eylemi, Nizam Namidar isə Nevranın ikinci baharını yaşayacağı adanalı iş adamı Habip obrazını canlandıracaq.
Qeyd edək ki, layihədə baş rolları Demet Evqar, Buğra Gülsoy və Mehmet Yılmaz Ak canlandırır.