Məşhur müğənni Edis Görgülünün valideynləri 40 illik evliliklərini bitiriblər.
Milli.Az azxeber-ə istinadla bildirir ki, jurnalın gündəminə boşanma xəbəri çıxdıqdan sonra Edis ilk dəfə məsələ ilə bağlı danışıb.
Edisin anası Sevil Görgülü sosial media hesabında bununla bağlı paylaşım edib:
"Əziz dostlarım və dəyərli izləyicilərim, həyatda hər şey planlaşdırdığımız kimi olmur və müəyyən qərarlar verməli oluruq. 40 illik evliliyimizi Ayhan Görgülü ilə razılaşaraq sona çatdırdıq. Hər kəsə uğurlar."
Boşanma xəbərindən sonra ilk dəfə görüntülənən Edis ilk dəfə məsələ ilə bağlı danışıb. Onun üçün heç nəyin dəyişmədiyini deyən müğənni :
"Onlar iki yetkin insandırlar. Uyğun gördükləri üçün belə bir qərar veriblər"- deyə cavab verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun