"Harada görünmək lazımdırsa, ora gedirəm. Zaman dəyişdi, hər şey fərqli oldu. Bizim də təməlimiz başqa cür qoyulub. Bunu nəzərə alaraq, bilməliyik ki, hansı verilişə kiminlə çıxırıq".
- "Özünüzü qoruyun, dərmanı yoxdur"
- "İnqilabçı ruhu ilə sanki zamanı dondurub" - VİDEO
Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Samirə ƏliMəryəm deyib. Son illər verilişlərə az gedən ifaçı bunun səbəbindən danışıb. O bildirib ki, proqramlardakı dəyişikliklər onu təəccübləndirmir:
"Bu da zamanın formatıdır. Məcbur bunu edirlər. Bizim vaxtımızda təqdimat, suallar fərqli idi. Biz o təqdimata öyrəşmişik, indiki ilə uyğunlaşmırıq".
Samirə son vaxtlar hər kəsin tənqid etdiyi "bayağı mahnı"lardan söz açıb:
"Bu, təkcə Azərbaycanda deyil, qlobal problemdir. Musiqi insanlara başqa formatda təqdim edilir. Uyğunlaşmasaq da, zamanın nəbzi ilə gedirik. Çərçivəni keçməmək şərti ilə zamanla uyğunlaşırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun