Aybəniz Haşımova: “Dövlətimi və millətimi utandıran insan olmadım” - FOTO

Aybəniz Haşımova: “Dövlətimi və millətimi utandıran insan olmadım” - FOTO

"Siz özünüz də yaşa dolursunuz axı... Təki, siz də yaşa dola bilin, gənc, gözəl, təravətli, istəkli, sevimli olun və heç vaxt insanları, sənətkarları yaşlarıyla yox, sənətinin zirvəsi ilə onun dəyərində dəyərləndirib, layiq olduğu dəyərdə işıqlandırmagı bacarın".

Milli.Az mizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi ad çəkmədən Azərbaycan Televiziyasının (AzTV) Yeni il bayram şousunda iştirak edən Xalq artisti Zeynəb Xanlarovanın görünüşünü və çıxışını tənqid edən sosial şəbəkə əhlini qınayıb: 

"Bəziləri yazıllar filan yaşda olan mügənni oxudu. Peşmansan bir konsertdə insanlarla yan-yana durub şəkil cəkdirəsən. O saat tez qaçaraq özündən səhv qoşub yazır... Bilmirsən səni cox sevdiyindən, ya, hədsiz nifrətindən, ya da bilmirəm niyə belə günahları boynuna yazıb, insanları da, səhf düşünməyə yönəldirlər. Tək özləri deyil, çoxlarını öz günahlarının oduna yandırırlar. Allah tez bir zamanda insanları günahlardan hifz etsin. Başqa nə deyə bilərəm?!" 

Haşımova cəmiyyətdə onun adından istifadə edərək xoş olmayan fikirlər səsləndirən bir sıra şəxsə xəbərdarlıq ünvanlayıb: 

"Bilin ki, şəxşən öz dilimdən eşitmədiyinizi, heç bir kəsin dediyinə, qoşduguna inanmayın. Həyatımda, qorxudan dilə gətirilə bilməyəcək heç nəyi heç vaxt etməmişəm, etmirəm, etmərəm də. Amma, hansısa addımı atmalı olsam, mütləq deyəcəm. Siz də, alqışlayacaqsınız. Çünki, nə millətimi, nə dövlətimi, nə ailəmi nə də ki, sevdiklərimi utandıran insan olmadım. Siz demiş 55 yaşdan sonra da olmaram". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun