Türkiyənin məşhur müğənnisi Mabel Matiz 2019-cu ildə aldığı "Altın Kelebek" mükafatını satışa çıxarıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Satış saytlarından birinə yerləşdirən elan "Yalnız bir dəfə alınıb, alındığı gündən qutudadır" şərhi ilə paylaşılıb.
Mükafat 5 TL (0,29 AZN) dəyərində satılır.
Xatırladaq ki, M. Matizin 4 il öncə aldığı "Ən yaxşı kişi müğənni" mükafatını bu il təşkil edilən "Altın Kelebek"də həmkarı Edis qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun