Şəxsi masajçı... - Coninin rayderi

Şəxsi masajçı... - Coninin rayderi

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “Səs. Uşaqlar” musiqi yarışmasının 11-ci mövsümündə münsiflər heyyətinin üzvlərindən biridir. 

OLAY yazır ki, sənətçinin sözügedən yarışmada “rayder”inin (musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər) siyahısı açıqlanıb. 

Coni öz görünüşünə və rifahına diqqət yetirməyə çox vaxt ayırır və buna görə də onun otel otağında mütləq şəkildə “Dyson” saç qurutma maşını, “Maskoholic” göz üçün vasitə, isti nahar, tibbi və yardım dəsti, və şəxsi masajçısı olmalıdır. 

Qeyd edək ki, ifaçı yalnız “S7” aviaşirkətləri ilə qastrol səfərinə uçur və yalnız 15 oturacaqlı “Mercedes Sprinter” və 2019-cu ildən köhnə olmayan “Mercedes V-Class Maybac” ilə şəhəri gəzə bilər. 

Konsertdən əvvəl soyunub-geyinmə otağında “Dyson plus” feni, 10 şüşə “Red Bull, çobanyastığı çayı, “An Cnoc” markalı viski, tərəvəz boşqablı xurma, limitsiz qəlyan və şəxsi qəlyançısı olmalıdır.

Coni konsertləri üçün altı milyon 6 milyon rubl (təxminən 112 800 manat) istəyir.