Xuraman taksilərdən şikayətləndi

Xuraman taksilərdən şikayətləndi

“Təkrar başa düşdüm ki, bu şəhərdə taksidən istifadə etmək lazımdır”.

OLAY yazır ki, bu sözləri müğənni Xuraman Şuşalı instaqram səhifəsində yayımladığı videoaçıqlamada deyib.

Sənətçi bildirib ki, son günlər tıxaclara görə taksilər sifarişləri qəbul etmirlər:

“Son zamanlar taksilər nə edirlər… Sifariş edirsən, oturub gözləyirsən. Taksi çatana yaxın “10 dəqiqə gəlirəm” deyir. Keçən səfər isə biri 15 dəqiqəyə gəldi. Gələnə yaxın tıxacı görüb gəlmək istəmirlər və sifarişi rədd edirlər. Onlar yaxında olan sifarişi götürürlər. Xahiş edirəm ki, bu kimi halları aradan qaldırmaq üçün taksi şirkətləri müəyyən tədbirlər görsün. Dünən mən 30 dəqiqə taksi gözləmişəm. Baxmayaraq ki, bir neçə taksi sifariş etmişdim amma əksəriyyəti rədd etdi. Ya çalışın ya da ki çalışmayın, bizdə işimizi bilək. Avtomobilini gətirib saxlayırsan və buna görə biz sürücülərdən 1 saat üçün 80 qəpik pul alırlar. Tərpəniş puldur, cərimədir”.